Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının keçmiş katibi doktor Əli Laricaninin və onun oğlu Mürtəza Laricaninin şəhadəti münasibətilə başsağlığı bəyannaməsi yayımlayıb. Bəyannamənin tam mətnini təqdim edirik:
بسم الله الرحمن الرحیم
«مِنَ المُؤمِنینَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللَّهَ عَلَیهِ ۖ فَمِنهُم مَن قَضیٰ نَحبَهُ وَمِنهُم مَن یَنتَظِرُ ۖ وَما بَدَّلوا تَبدیلا»
Bağışlayan və mehriban Allahın adı
Möminlər içərisində elələri də vardır ki, Allahla bağladıqları əhdə sadiq qalırlar. Onlardan bəziləri öz əhdlərini yerinə yetirib (şəhid olub), bəziləri isə gözləməkdədirlər. Onlar (verdikləri sözə) əsla dəyişiklik etmədilər. Əhzab surəsi, 23-cü ayə
Sadiq, təqvalı və müdrik siyasətçi cənab doktor Əli Laricaninin və onun oğlu Mürtəza Laricaninin (Allah onlara rəhmət eləsin) şəhadəti münasibətilə İranın əziz xalqına, həmçinin doktor Laricaninin hörmətli həyat yoldaşına və onun övladlarına, eləcə də möhtərəm qardaşlarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Əziz şəhid doktor Əli Laricani, siyasət və idarəçilik sahəsində son dərəcə təsirli və bacarıqlı simalardan biri idi. O, uzun illər ərzində həssas və məsuliyyətli vəzifələrdə böyük təcrübə və müdrikliklə xidmət etmişdir. O, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının keçmiş katibi olduğu dövrdə, eləcə də İslam İnqilabın Ali Məqamlı Rəhbərlərinə məsləhətçi vəzifələrində çalışdığı dövrdə etibarlı bir şəxsiyyət və vilayətə sadiq bir şəxsiyyət olduğunu sübut etmişdir.
Keçirilən son müharibə zamanı düşmənin psixoloji təxribatlarına və ABŞ prezidentinin əsassız və lovğalı bəyanatlarına qarşı mübarizədə o, mühüm rol oynamışdır. Dövlətin daxili və xarici siyasətinin əsaslandırılması istiqamətində daim təqva, uzaqgörənlik və inqilab ruhu ilə fəaliyyət göstərmişdir.
İnqilabın bu sadiq və vəfalı silahdaşının şəhadəti, digər yüksək vəzifəli məmur və generalların şəhadəti kimi bizim üçün ağır bir itki oldu. Lakin bu müqəddəs qanlar, İran xalqı üçün yaxın qələbə və fəthin müjdəsini verir.
Qum Elmi hövzəsinin Müəllimlər Birliyi, milli birlik və həmrəyliyin vacibliyini vurğulayaraq, qəhrəman xalqımıza və rəşadətli silahlı qüvvələrimizə öz təşəkkürünü bildirir. Bir daha İslam İnqilabının şəhidlərinin qanı ilə verilən vədi yenilədiyini bəyan edərək əminliklə bildirir ki, İran xalqının bugünkü müqəddəs mübarizəsi cinayətkarları zəlil və məğlubiyyətə uğradacaq, İslam ümməti isə izzət və qüdrət yolunda başıuca qalacaqdır.
Uca Allahdan, ölkəmizə qarşı ABŞ və sionist rejimin amansız təcavüzü nəticəsində dünyasını dəyişən bütün şəhidlərimizə, xüsusilə də siyasət və diplomatiya sahəsinin dahi şəxsiyyətinə, Allahın saleh bəndələri ilə birlikdə məşhur olmasını və ən ali məqamlara yüksəlməsini diləyirik.
Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi
Rəyiniz